ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verərək hərbi əməliyyatların yenidən genişləndirilə biləcəyini istisna etməyib.
Referans Media xəbər verir ki, Tramp bu barədə Ayova ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.
“İranı hələ də məhv etməməyimizin yeganə səbəbi təmkinli davranmaq istəməyimdir. Mümkün olarsa, bütün bu insanların həyatını xilas etməyə çalışmaq istəyirəm. Amma müəyyən məqamda onlara güclü zərbə endirməli olacağıq”, – deyə ABŞ lideri bildirib./Globalinfo.az/
