image-ekrangoruntusu2026-04-22100348-694378-5backend

Dövlət Xidmətinin üç vəzifəli şəxsi həbs edildi – YENİLƏNİB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib.

Referans Media APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Etibar Əliyev, həmin idarənin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin zabiti Şamil Alıyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Etibar Əliyev Şamil Alıyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.

Etibar Əliyev və Şamil Alıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1(Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddə, Araz Kərimliyə isə 311.1-ci (Rüşvət alma) maddə ilə ittiham irəli sürülüb.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üç vəzifəli şəxsi həbs edilib.

Referans Media APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Əliyev Etibar, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.

Əliyev Etibara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci maddə, Araz Kərimliyə isə 311.1-ci maddə ilə ittiham irəli sürülüb.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Əliyev Etibar həbs edilib.

Referans Media APA-ya istinadla xəbər verir ki, bununla bağlı qərar Bakı Hərbi Məhkəməsi tərəfindən qəbul olunub.

Qərara əsasən, Etibar Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki