Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib ki, Hörmüz boğazı açılmalı və qlobal iqtisadiyyatın nəfəs almasına imkan verilməlidir.
Referans Media xəbər verir ki, Quterreş bu fikirləri BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində keçirilən və dəniz yollarının təhlükəsizliyinə həsr olunan iclasda səsləndirib. O qeyd edib ki, qlobal ticarətin əsas damarları sayılan dəniz marşrutları hazırda ciddi təzyiq altındadır.
Onun sözlərinə görə, geosiyasi gərginliklər dənizlərə də sirayət edib, ticarət gəmilərindən təzyiq vasitəsi kimi istifadə olunur və beynəlxalq dəniz hüququ çərçivəsində naviqasiya azadlığı pozulur.
Quterreş vurğulayıb ki, mart ayının əvvəlindən etibarən Hörmüz boğazından keçən gəmi hərəkətində yaranan problemlər qlobal enerji təhlükəsizliyinə, ərzaq təchizatına və ümumilikdə ticarətə ciddi mənfi təsir göstərib. Bu vəziyyətin COVID-19 pandemiyası və Ukrayna müharibəsindən sonra ən böyük təchizat zənciri pozuntularından biridir.























