Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ: Bu gün...

Sentyabrın 23-ü və 24-də Günəş səthində M sinfinə aid partlayışların baş verməsi ehtimal edilir.

Referans Media  Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

İnstitutdan bildirilib ki, qeyd olunan tarixlərdə Günəşdə partlayış aktivliyi ümumilikdə aşağı səviyyədə olacaq. Bununla belə, M sinifli partlayışların baş vermə ehtimalı var.

Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat vermişdi ki, Günəşdə partlayış aktivliyində 2021-ci ildən bəri qeydə alınan ən uzunmüddətli fasilə altı günlük sakitlikdən sonra sentyabrın 19-da başa çatıb.

Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq A, B, C, M və X siniflərinə bölünür. Bunlardan A sinfi ən aşağı, X sinfi isə ən yüksək gücə malik partlayışları əhatə edir.

Partlayışlar zamanı günəş plazmasının kosmosa atılması da mümkündür. Plazma buludlarının Yerə çatması isə maqnit qasırğalarına səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki