Marketlərin birində istifadə müddəti bitmiş uşaq yeməyi satılır.
Referans Media xəbər verir ki, bu barədə Lent.az-a müraciət edən şikayətçi bildirib ki, dünən marketlərdən birindən “NAN” uşaq qidası alıb. Lakin evə gəldikdən sonra onun istifadə müddətinin bitdiyini görüb.
“Burada məsələ qidanın uşaqlar üçün nəzərdə tutulmasıdır. Belə bir məhsulun son istifadə tarixi keçmiş vəziyyətdə satışa çıxarılması qəbuledilməzdir. Mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə aparıldığı ciddi sual doğurur”, - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən məsələ nəzarətə götürülüb, araşdırılır:
“Araşdırmanın nəticələrinə uyğun tədbir görüləcək”.
