6 ölü, 8 yaralı: Rusiya ordusu fermanı vurdu

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Staraya Hnılıtsa kəndində fermaya endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.

Referans Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

O qeyd edib ki, ölənlərdən 2-si kişi, 4-ü qadındır.

Bundan başqa, hadisə nəticəsində daha 8 nəfər – ferma işçiləri yaralanıb. Onlara zəruri tibbi yardım göstərilir./KONKRET.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki