Hasil Abbasovun yeni kadr təyinatı

Dövlət Məşğulluq Agentliyinin iki filialına yeni rəhbərlər təyin olunub.

Referans Media  xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.


Əmrə əsasən, Pərviz Allahverdiyev Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri təyin olunub.

Digər əmrlə, Abşeron-Xızı Regional Məşğulluq filialına isə rəhbərlik müvəqqəti olaraq müavin Zaur Allahverdiyevə tapşırılıb.

Qeyd edək ki, daha əvvəl Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsində müvəqqəti olaraq müavin Xaqani Məmmədov icra edib./İqtisadiyyat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki