Xəstəxanaya yerləşdirilən aktyordan YENİ XƏBƏR

"Ürək ağrıları, stresslə bağlı yaranan sağlıq problemləri qaydasına düşür".

Referans Media-ın məlumatına görə, bunu Lent.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov deyib.

Bir neçə gün öncə səhhətində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirilən aktyor evə buraxılacağını bildirib:

"Şükürlər olsun, hazırda çox yaxşıyam. Yəqin ki, bu gün ya sabah evə buraxılacağam. Müəyyən problemlər var ki, müalicə ilə düzələcək. Müalicə ev şəraitində davam edəcək".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki