image-gftfhkxhpwniejzmopibtek1e7z1tjgnuhzfl0i9_1200backend

Elçin Əmirbəyov Brodski ilə Cənubi Qafqazda təhlükəsizliyi müzakirə etdi

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Referans Media xəbər verir ki, J. Brodski bu barədə “X” sosial şəbəkə hesabında məlumat bölüşüb.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu Praqada salamlamaqdan məmnunam”, – o bildirib və əlavə edib ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunub:

“Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlığı müzakirə etdik”.

Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “CNN Prima News”a müsahibə zamanı mühüm məsələlərə toxunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki