Əli Əsədovdan yeni QƏRAR: TƏSDİQLƏNDİ

Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib.

Referans Media  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib.


Kollegiyanın sədri


Müdafiə sənayesi naziri

Kollegiyanın üzvləri:


Müdafiə sənayesi nazirinin müavinləri


Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri


Müdafiə Sənayesi Nazirliyi Aparatının Hüquq şöbəsinin müdiri


Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri


Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri


Müdafiə Sənayesi Nazirliyi Aparatının Sənayenin tənzimlənməsi şöbəsinin müdiri


Müdafiə Sənayesi Nazirliyi Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri


Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki