Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb.

Referans Media xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub.

Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, vətəndaş E.Vəliyeva iki gün öncə bu barədə “TikTok” hesabında video yayımlayaraq bildirib ki, hadisə gedişhaqqıya görə baş verib. Belə ki, xanım sərnişin əlavə ödənişdən imtina etdikdə sürücünün avtomobilin qapılarını kilidləyərək onu hədələyini iddia edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki