“ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş
son dərəcə məxfi şəraitdə hazırlanıb”.
Referans xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, bu barədə ilk məlumat yalnız iki gün əvvəl Vaşinqtondakı dairələr tərəfindən sızdırılıb:
“Hiss olunurdu ki, işin içində olan Bakı və İrəvan bununla bağlı xəbərin vaxtından əvvəl yayımlanmasında maraqlı olmayıb. Səbəbi bəllidir. Rusiya və
İran kimi qonşuları olan Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla isti münasibətləri Moskva və Tehranda qıcıq oyadır və hər ikisinin pozuculuq fəaliyyəti
bəllidir”.(Bakupost.az)