Ər-Riyadın QİSAS ƏMƏLİYYATI: Səudiyyə qırıcıları İraqı VURDU

ABŞ-nin İrana qarşı keçirdiyi əməliyyatlar zamanı Səudiyyə Ərəbistanı İraqda İranyönümlü silahlı qruplaşmalarla əlaqəli hədəflərə zərbələr endirib.

Referans Media  xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bu hücumlar Fars körfəzi bölgəsində İranla bağlı münaqişəyə paralel olaraq həyata keçirilən daha geniş və gizli hərbi kampaniyanın tərkib hissəsidir.

İddia olunur ki, Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarələr İraq sərhədi yaxınlığındakı İranyönümlü birləşmələrin obyektlərini hədəf alıb.

Qərb rəsmilərindən biri qeyd edib ki, əməliyyatların bir hissəsi aprelin 7-si, İranla ABŞ arasında atəşkəs razılaşmasının əldə olunduğu ərəfədə baş verib.

Zərbələr əsasən Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin ərazisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərin buraxıldığı meydançalara endirilib. İraqdakı mənbələr, həmçinin Küveyt istiqamətindən İraq ərazisinə ən azı iki hava zərbəsinin endirildiyi barədə məlumat veriblər.

İraq təhlükəsizlik qüvvələrinin məlumatına görə, İran tərəfindən dəstəklənən qruplaşmalar PUA-lardan istifadə edərək Küveyt və Səudiyyə Ərəbistanı sərhədləri boyunca kəşfiyyat işlərini davam etdirir və əldə olunan məlumatları Tehrana ötürürlər. Vəziyyətlə tanış olan mənbə qeyd edib ki, sözügedən birləşmələr əvvəlki hücumların nəticələrini təhlil edir və yeni hücumlara hazırlaşırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki