Rəcəp Tayyib Ərdoğan Burcu Köksalın rəsmi şəkildə Ədalət və İnkişaf Partiyası sıralarına qoşulduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, Türkiyə prezidenti AK Partiyanın Genişləndirilmiş Vilayət Sədrləri Görüşündə çıxışı zamanı Afyonkarahisar bələdiyyə başqanı Burcu Köksalın partiyaya keçidini elan edib.
Ərdoğan bildirib ki, Afyonkarahisar və Dinar bələdiyyə rəhbərləri ilə birlikdə şəhərin inkişafı üçün çalışacaqlar:
“Partiyamıza qoşulan dostlarımıza ‘xoş gəlmisiniz’ deyirik. Afyonkarahisarın inkişafı üçün birlikdə çalışacağıq”.
Türkiyə lideri çıxışında AK Partiyanın 25 illik siyasi yolundan danışaraq, ölkəyə xidmət etmək istəyən hər kəsə qapılarının açıq olduğunu vurğulayıb.
Ərdoğan, həmçinin müxalifətdəki Cümhuriyyət Xalq Partiyası rəhbərliyini sərt tənqid edib və siyasi etikaya riayət olunmasının vacibliyini qeyd edib.
İclas zamanı Burcu Köksala AK Partiyanın simvolik nişanı da təqdim olunub.
