Rəcəb Tayyip Ərdoğanın imzası ilə yayımlanan yeni qərarla bir sıra kritik dövlət qurumlarında yüksək vəzifələrə təyinatlar həyata keçirilib.
Referans Media xəbər verir ki, Rəsmi Qəzetdə dərc olunan qərara əsasən Daxili İşlər Nazirliyi, Miqrasiya İdarəsi və AFAD daxil olmaqla bir neçə qurumda rəhbər heyətdə dəyişikliklər edilib.
Qərara əsasən Miqrasiya İdarəsinə sədrliyinə Muhammet Selami Yazıcı təyin olunub. Bundan başqa, Daxili İşlər Nazirliyi İnformasiya Texnologiyaları Baş İdarəsinə Mehmet Balıkçılar, AFAD Sığınacaq və Tikinti İşləri Baş İdarəsi isə Elif Bağ gətirilib.
Eyni qərarla bəzi vəzifələrdən azad etmələr də həyata keçirilib. Miqrasiya İdarəetməsi Müdirliyi daxilində bir neçə yüksək vəzifəli şəxsin vəzifəsindən azad edildiyi bildirilir.
Rəsmi Qəzetdə yayımlanan bu təyinatlar Türkiyədə dövlət idarəçiliyində mühüm struktur dəyişiklikləri kimi qiymətləndirilir.
