image-fed-baskani-powelldan-brent-petrol-uyarisi-henuz-19791669_5593_ampbackend

FED sədri ŞOK XƏBƏRDARLIQ ETDİ: Dünya fəlakətə hazır olsun!

ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauell qlobal enerji bazarları ilə bağlı diqqətçəkən açıqlama verib. O, Brent neft qiymətlərində artımın hələ zirvəyə çatmadığını bildirib.

Referans Media xəbər verir ki , FED-in son iclasında uçot dərəcəsi gözləntilərə uyğun olaraq 3,50–3,75 faiz aralığında sabit saxlanılıb. İclasdan sonra çıxış edən Cerom Pauell qeyd edib ki, inflyasiya ilə mübarizə çərçivəsində sərt monetar siyasət davam etdiriləcək və bazarlardakı qeyri-müəyyənlik hələ də qalır.

Enerji qiymətlərindəki artıma toxunan Pauell, xüsusilə Brent neftin 120 dollara yaxınlaşmasını şərh edərək bildirib: “Enerji qiymətlərində artım hələ zirvəyə çatmayıb”. Onun sözlərinə görə, bu tendensiya inflyasiyaya əlavə təzyiq yaradır.

Neft qiymətlərindəki kəskin artımda Yaxın Şərqdə artan gərginlik əsas rol oynayır. Xüsusilə Donald Tramp tərəfindən İranın neft ixracına qarşı təzyiqlərin artırılması istiqamətində atılan addımlar bazarlara təsirsiz ötüşməyib.

Məlumatlara görə, ABŞ administrasiyası İranı nüvə proqramı ilə bağlı geri addım atmağa məcbur etmək üçün bu ölkənin limanlarına qarşı uzunmüddətli dəniz blokadası planı üzərində işləyir. Bu isə qlobal enerji təchizatına dair narahatlıqları artıraraq neft qiymətlərinin yüksəlməsinə səbəb olur.

Son məlumatlara əsasən, Brent markalı neftin bir bareli qısa müddətdə 118 dollar səviyyəsinə qədər yüksəlib. Ekspertlər hesab edir ki, geosiyasi risklər davam edərsə, qiymət artımı yaxın dövrdə də davam edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki