image-domenico-tedesco-2backend

“Fənərbaxça”da şok qərar: Tedesko getdi, ilk namizəd məlum oldu

“Fənərbaxça”da texniki heyətdə ciddi dəyişiklik baş verib. Klub rəhbərliyi baş məşqçi Domeniko Tedesko və onun köməkçiləri ilə yolların ayrıldığını açıqlayıb.

Referans Media xəbər verir ki,  eyni zamanda, idman direktoru Devin Özek və futbol kordinatoru Berke Çelebi də vəzifələrindən ayrılıb. Klub ayrılan şəxslərə xidmətlərinə görə təşəkkür edib.

Ayrılıq qərarından sonra “Fənərbaxça” rəhbərliyi yeni baş məşqçi axtarışına start verib. Klub daxilində ən güclü namizəd isə tanınmış yerli mütəxəssis İsmail Kartal kimi göstərilir.

İsmail Kartal əvvəllər də “Fənərbaxça”da bir neçə dəfə çalışıb və xüsusilə çətin dövrlərdə “komandanı toparlayan” məşqçi kimi tanınıb. Rəhbərliyin onun komandanın atmosferini qısa müddətdə dəyişə biləcəyinə inandığı bildirilir.

Məlumata görə, klub rəhbərliyi yaxın günlərdə İsmail Kartalla ilk rəsmi danışıqlara başlayacaq. Tərəflərin görüşərək yeni mövsüm planlamasını müzakirə etməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki