Fransa hökuməti 2026-cı il büdcəsi ilə bağlı Milli Assambleyada aparılan müzakirələri yanvarın 20-dək təxirə salıb. Hökumət indiki siyasi şəraitdə büdcə layihəsinin səsvermə yolu ilə qəbul edilməsini mümkün hesab etmir.
Referans Media xəbər verir ki, hökumət bazar ertəsi üçün planlaşdırılan debatları ləğv etdiyini açıqlayıb.
Baş nazirə yaxın mənbələr məqsədin bu müddətdə etimadsızlıq səsverməsinin qarşısını ala biləcək siyasi şərtləri formalaşdırmaq olduğunu bildirir. Əks halda, hökumət ya büdcəni səsvermədən kənar qəbul etdirmək üçün 49.3-cü maddəni işə salacaq, ya da büdcə sərəncamı yoluna əl atacaq.






















