Gəncədə azyaşlını maşın vurdu

  Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Referans.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 6 yaşlı A.Əlizadə yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub.

6 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki