Gəncə şəhərində yerləşən mağazalardan birindən tütün məmulatları və 1370 manat pul oğurlanıb.
Referans Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Zaur Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı onun şəhər ərazisində yerləşən daha bir neçə mağazadan da oğurluq etdiyi müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
Video Oynadıcı
00:00
00:51
