ABŞ İsrailin planı haqda İrana gizli xəbərdarlıq göndəribmiş

“ABŞ İsrailin İran rəsmilərinə mümkün sui-qəsd planı barədə Tehrana xəbərdarlıq edib”.

Referans Media  xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Bildirilib ki, yüksək vəzifəli ABŞ rəsmiləri İsrailin İranın əsas danışıqlar aparan şəxslərini hədəfə almaq niyyətindən narahat olublar:

“Xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafın hədəf alına biləcəyi ehtimalı Vaşinqtonda ciddi narahatlıq yaradıb. ABŞ bu səbəbdən yaz aylarında “nadir və qeyri-adi” addım ataraq vasitəçilər vasitəsilə İrana mümkün hücumlar barədə xəbərdarlıq göndərib. ABŞ rəsmiləri eyni zamanda İsrailli tərəfdaşlarını İran rəsmilərinə qarşı planlardan çəkinməyə çağırıblar.

Analitiklər bu addımı Vaşinqton və Təl-Əviv arasında artan gərginliyin göstəricisi kimi qiymətləndirirlər. Bəzi ekspertlər bunu ABŞ-ın regionda diplomatik prosesləri qorumağa çalışması kimi izah edirlər, digərləri isə tərəflər arasında strateji fikir ayrılıqlarının dərinləşdiyini bildirirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki