Tehranın hava məkanı İranın keçmiş ali lideri Əli Xamenei ilə vida mərasimi zamanı bağlanacaq.
Referans Media xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudi bildirib.
"İnqilabın mərhum Ali Liderinin cənazəsi ilə vida mərasimi zamanı Tehranın hava məkanı tamamilə bağlanacaq və heç bir uçuşa icazə verilməyəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Xamenei ilə vida mərasimi və dəfn mərasimi iyulun 4-dən 9-dək keçiriləcək.
Xatırladaq ki, Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində öldürülüb. Mart ayı ərzində davam edən zərbələr səbəbindən onunla vida mərasimi keçirilə bilməyib və nəticədə hakimiyyət infrastrukturun hazırlanması zərurətini əsas gətirərək tədbiri təxirə salıb.
O, doğulduğu Məşhəd şəhərində dəfn olunacaq.
