Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində ilkin məlumata görə 40 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Məlumata görə, avtobus Bəlucistanın Şerani rayonundan yola çıxdıqdan sonra Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində hərəkətdə olarkən dərəyə aşıb.
Yerli rəsmilər bildiriblər ki, hadisə yerinə axtarış-xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəzanın başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.
