“UFO Sighting Daily” saytından olan Mars tədqiqatçılsı “qırmızı planet”in fotosunda yadplanetli tapança tapdıqlarını iddia ediblər.
Referans Media “Daily Star”a istinadla xəbər verir ki, Skott Uorinq 2014-cü ildə “Opportunity roveri” tərəfindən çəkilmiş bir fotoya diqqət çəkib.
Fotoda qara tapançaya bənzər bir əşya var. Uorinq sosial media paylaşımında "Marsdakı yadplanetli silahlarının fotoları. Yalnız biri qalıb; digərləri NASA tərəfindən silinib" şərhini yazıb.
O, həmçinin qeyd edib ki, görüntü NASA-nın Mars missiyalarının əsl məqsədini ortaya qoyur.Uorinqin sözlərinə görə, kosmik agentlik orada yadplanetli texnologiyaları axtarır. Ufoloqun əksər izləyiciləri onun "kəşfinə" şübhə ilə yanaşıblar və görüntünün qeyri-adi formada Mars qayasını göstərdiyini iddia ediblər.
Bir istifadəçi zarafatla soruşdu: "Yadplanetlilərin insan əlləri üçün açıq şəkildə hazırlanmış silaha nə ehtiyacı var?"
"Daily Star" qəzetinin məlumatına görə, Uorinq uzun müddətdir ki, Mars şəkillərini araşdırır və onlarda daim "narahatedici artefaktlar" tapır. Xüsusilə, 2016-cı ildə ufoloq internetdə idman ayaqqabısına bənzəyən bir qayanın fotosunu paylaşmış və onun açıq-aydın “qırmızı planet”də döyüşmüş birinə məxsus olduğunu iddia etmişdi.
