Girdiman çayında təhlükəli anlar – VİDEO

Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar.

Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldıqları müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki