Goranboya dolu düşdü – FOTOLAR

Goranboya güclü yağışdan sonra dolu yağıb.

Referans Media Unikal-a istinadla xəbər verir ki, bu gün saat 15:00 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsinə bir neçə dəqiqə dolu düşüb. İlkin məlumata görə, təbiət hadisəsi zamanı meyvə ağaclarına bir qədər ziyan dəyib. Doludan sonra qəsəbəyə güclü yağış yağıb. Nəticədə qəsəbənin bəzi küçələri sel sularının altında qalıb, bəzi evlərin həyətinə sel suları dolub.

Xatırldaq ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

1766826700 bu 21778858405 WhatsApp Image 2026 05 15 at 18.55.421778858405 WhatsApp Image 2026 05 15 at 18.55.43 11778858405 WhatsApp Image 2026 05 15 at 18.55.43 31778858405 WhatsApp Image 2026 05 15 at 18.55.431778858405 WhatsApp Image 2026 05 15 at 18.55.44


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki