image-xestexana-sistembackend

Goranboyda dəm qazı ər-arvadı xəstəxanalıq etdi

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Referans Media  bildirir ki ,Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ər və arvadı ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 1975-ci il təvəllüdlü Aqşin Qəribov və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Qəribovaya dəm qazından zəhərlənmə diaqnozu qoyulub.

Dərhal hər iki şəxsə tibbi yardım göstərilib, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 

İlkin məlumata görə, ər-arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki