Goranboyda məktəbli qız xəstəxanalıq oldu

Goranboyda 14 yaşlı qız zəhərlənib.

Referans Media xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balakürd kəndində baş verib.
 

2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. İlkin məlumata görə, yeniyetmə ehtiyatsızlıqdan sirkə turşusu qəbul edib.


Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki