Ankarada DƏHŞƏTLİ QƏTLİAM: 2-si qardaş 3 nəfər mənzildə öldürüldü

Türkiyənin Ankara şəhərinin Yenimahalle rayonunda yaşayış binasındakı mənzildə 2-si qardaş olmaqla 3 nəfər öldürülmüş halda aşkarlanıb. Hadisə ilə bağlı polis genişmiqyaslı araşdırmaya başlayıb.

Referans Media xəbər verir ki, hadisə axşam saatlarında Yenimahalle rayonunun Anadolu məhəlləsi, 500-cü küçədə yerləşən yaşayış binasında baş verib.

Mənzildən dava və silah səslərinin gəldiyini eşidən sakinlər vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriblər. İhbarın ardından əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Mənzilə daxil olan əməkdaşlar dəhşətli mənzərə ilə qarşılaşıblar.

Mənzildə aparılan ilkin araşdırma zamanı Mehmet B., həmçinin qardaşlar Mehmet Emre Ç. və Enes Ç. tabanca və bıçaq xəsarətləri nəticəsində öldürülmüş halda tapılıb. Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər. Hadisə yerində ətraflı araşdırma aparılıb.

Hadisə yeri üzrə araşdırmalar başa çatdıqdan sonra 3 şəxsin meyiti yarılma və ekspertiza üçün Məhkəmə-Tibb Ekspertizası Müəssisəsinin morquna göndərilib.

Polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb. Hadisənin motivi və cinayətin hansı şəraitdə törədildiyi araşdırılır. Faktla bağlı istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki