Goranboyda yanğın oldubackend

Goranboyda yanğın oldu

  Goranboyda yanğın hadisəsi baş verib.

Referans xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri, A.Kərimov küçəsində qeydə alınıb. Həyətyanı torpaq sahəsində yerləşən tikilidə yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından müafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fakt araşdırılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki