Göygöldə ağır QƏZA – Yaralılar var

Göygöldə yol qəzası olub.

Referans Media xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mitsubishi” ilə “Niva” markalı minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./Unikal.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki