Gəncədə ailə münaqişəsi qanla nəticələnib.
Referans Media Baku TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 20-si axşam saatlarında qeydə alınıb.
Şəhər sakini, 41 yaşlı Sevda Cəfərova ailə-məişət münaqişəsi zamanı kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər alıb. Ona xəsarət yetirməkdə həyat yoldaşı təqsirli bilinir. Bildirilir ki, kişi həyat yoldaşına balta ilə zərbələr endirib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1985-ci il təvəllüdlü qadın Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş, boyun və çiyin nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 45 yaşlı Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.























