Günəş altında, isti havada işlədilənlər… İşçini belə işlədənləri HANSI CƏZA GÖZLƏYİR?backend

Günəş altında, isti havada işlədilənlər… İşçini belə işlədənləri HANSI CƏZA GÖZLƏYİR?

Hava 41°C-i keçərsə iş dayandırılmalıdır – İşəgötürənlər üçün cərimələr var Yay fəslində yüksələn temperatur artıq yalnız ətraf mühitə deyil, həm də əmək münasibətlərinə təsir edir. Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, əgər havanın temperaturu 41°C-dən yuxarıdırsa, açıq havada və sərinləşdirici qurğusu olmayan qapalı məkanlarda bütün növ işlər dərhal dayandırılmalıdır.

Referansa açıqlamasında əmək hüquqları üzrə ekspert Vüqar İrəvanlı bildirib ki, bu tələb qanunla tənzimlənir və pozanları ciddi cərimələr gözləyir. Əmək qanunvericiliyinə əsasən, belə hava şəraitində işçilərin işlədilməsi işəgötürənə 1500-5000 manat arası cərimə ilə nəticələnə bilər. Əgər nəticədə işçinin sağlamlığına zərər dəyərsə, məsələ artıq cinayət məsuliyyətinə qədər gedib çıxır.

Ekspert əlavə edib ki, belə hallarda Cinayət Məcəlləsinin 162 və 314-cü maddələrinə əsasən, işəgötürənlərə qarşı məsuliyyət tətbiq edilə bilər. İşçiyə fiziki və ya mənəvi zərər dəyərsə, kompensasiya ödənilməsi qanunla nəzərdə tutulur. Bəs isti havalarda iş necə təşkil olunmalıdır? – İş saatları səhər və ya axşam vaxtlarına keçirilməlidir. Günün ən isti saatlarında – 12:00–17:00 – iş dayandırıla bilər.  İşçilərə tez-tez fasilələr, içməli su, sərinləmək üçün şərait və tibbi yardım vasitələri təmin olunmalıdır.

“Qapalı məkanlarda isə sərinləşdirici qurğular işlək vəziyyətdə olmalıdır. Əgər bu şərtlərə əməl olunmazsa, bu artıq əmək qanunvericiliyinin pozuntusu sayılır. Qanun varsa, əməl olunmalıdır – havanın hərarəti yüksəlsə də, işçilərin sağlamlığı hər şeydən öndədir”, – deyə ekspert əlavə edib.

Gülgəz Qədirova

Referans  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki