Günəşin görünməyən tərəfində güclü plazma atılması qeydə alınıb.
Referans Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumata əsasən, aktivliyin mənbəyi yeni yaranmış günəş ləkələri və yenidən fəallaşan 4436 nömrəli qrup hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, baş verən proseslər Yer üçün təhlükə yaratmır və yalnız Günəş aktivliyinin yenidən artdığını göstərir. Hazırda güclü maqnit fırtınası ehtimalı aşağı qiymətləndirilir və ciddi risk gözlənilmir.
