Günün fotosu: “Sabah başıma nə iş gələcək, görəsən?”

Bu, İsrailin baş naziri Binyamin Netanyahudur. Göründüyü kimi, o, bu fotoda əndişəlidir. Çünki sabah İsraildə baş tutacaq seçkilərdə partiyasının qələbəsinə tam əmin deyil.

Referans Media bildirir ki, “Likud” partiyası seçki birincisi olmasa Netanyahunun bundan sonra baş nazir olması mümkün olmayacaq.

O, təkcə Yaxın Şərqdə ən nifrət edilən siyasətçi deyil, eyni zamanda öz ölkəsində də kifayər qədər əleyhdarı var.

Netanyahunun sərt siyasi xəttini dəstəkləyənlərlə yanaşı, son 3 ildəki amansızlığını tənqid edən yəhudilər də az deyil.

İlk aylarda HƏMAS-ın 7 oktyabr hücumuna layiqli cavab verilməsini tələb edənlərin də bir xeylisi artıq o fikirdədir ki, Qəzzada bu qədər dinc sakinin ölüdürülməsinə ehtiyac yox idi, sadəcə, HƏMAS sıradan çıxarılmalıydı.

Netanyahu isə HƏMAS-ı “Hizbullah”a, onu digər ekstremist qruplara, hamısını isə dinc xalqa qataraq qırğına məruz qoydu.

Buna görə o, Avropada da arzulanmayan siyasətçidir, Beynəlxalq Cinayət Məhkəməsinin onun haqqında həbs orderi var.

Ancaq ABŞ BCM-nin yurisdiksiyasını tanımadığı və Netanyahunu dəstəklədiyi üçün o, özünü kürəyini dağa söykəmiş kimi aparır.

netan.JPG (26 KB)

Sabahkı seçkilərdə lazımi qədər səs almasa, Netanyahu arxasındakı dağı, arxa-dayağını itirəcək. Daha sonra onun beynəlxalq tribunala verilib-verilməməsi İsrailin yeni hakimiyyətinin sərəncamında olacaq.

Keçirilən rəy sorğusunun nəticələri göstərir ki, “Likud” qalib gələ blməyəcək. “Yaşar” (Qadi Eyzenkot) partiyasının 21, “Likud”un (Benyamin Netanyahu) 19, “Bayahad”ın (Naftali Bennett) 15, “Demokratim”in (Yair Qolan) 10 mandat qazanacağı gözlənilir.

İsraildə hakimiyyət dəyişikliyi olarsa, yeni iqtidar komandası böyük ehtimalla Netanyahunu mühakimə edilməsi üçün hansısa xarici məhkəməyə verməyəcək, amma bu da yüz faiz deyil. Netanyahu öz ölkəsində də mühakimə oluna bilər. İsraildə “xalq qarşısında keçmiş xidmətlərə görə əbədi güzəşt”lər nəzərdə tutulmur. Siyasi arenada özünü yandıranı söndürmürlər.

Beləcə, 77 yaşını 6 gün öncə tamam etmiş “Bibi”-nin (ləqəbi belədir) sonrakı taleyi məchuldur./musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki