Ərdoğan Nazirlər Kabinetini toplayır - Bu məsələlər müzakirə ediləcək

Türkiyədə bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Referans Media  Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda birjada manipulyasiyalar nəticəsində yaranan böhran əsas müzakirə mövzularından biri olacaq.

İclasda, həmçinin “Terrorsuz Türkiyə” prosesi, Yaxın Şərqdəki vəziyyət, Ərəbistan yarımadasında baş verən son hadisələr və ABŞ-İran arasında artan gərginlik müzakirə ediləcək.

Regional proseslərin də toplantının gündəliyində yer alacağı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki