Kabil beynəlxalq hava limanında ciddi aviasiya insidenti baş verib.
Referans Media xəbər verir ki, Əfqanıstanın Ariana Afghan Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb.
İlkin məlumatlara görə, hadisə eniş mərhələsində baş verib və təyyarə zolaqdan kənara çıxaraq dayanıb. Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmasa da, hava şəraiti və texniki amillərin araşdırıldığı bildirilir.//musavat.com
