İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf Hörmüz boğazının idarə olunmasının heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacağını açıqlayıb.
Referans Media xəbər verir ki, İran rəsmisi Hörmüz boğazını İranın idarə edəcəyini, bununla belə, beynəlxalq qaydalara əməl olunacağını bəyan edib.
O, Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatına açılmasının tərəfdarı olduğunu da diqqətə çatdırıb: "Ümid edirəm ki, boğazı keçidlər baxımından yenidən işlək hala gətirə və regional və qlobal iqtisadiyyata rifah gətirə bilərik".
