İcra başçısının qəzada ölən sürücüsüsün FOTOSU + VİDEO

Yol qəzasında həyatını itirən Zaqatalanın icra başçısının sürücüsünün fotosu yayılıb. 

Referans Media Lent.az-a istinadən sürücü Laçın Hacıyevin fotosunu və qəza yerindən görüntüləri təqdim edir: 

***

saat 00:30

Zaqatalada ağır yol qəzası olub. 

Referans Media Lent.az-a istinadən  xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub. 

Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb. 

Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir. 

Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki