İki uzman həkim əməliyyat etdi, onkoloji xəstə sağaldıbackend

İki uzman həkim əməliyyat etdi, onkoloji xəstə sağaldı

2025-ci ilin fevral ayında sinəsində ağrı şikayəti olan 45 yaşlı xəstə Kliniki Tibbi Mərkəzin Torakal Cərrahiyyə şöbəsinə müraciət edib. Aparılan müayinələr zamanı sağ döş qəfəsi boşluğunun böyük hissəsini dolduran, ətraf orqanlarla yaxın təmasda olan, təxmini ölçüsü 18 sm olan, nəhəngvə solid ağciyər törəməsi aşkarlanıb. 

Referans xəbər verir ki, bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, sağ ağciyərin orta və aşağı pay lobektomiyası ilə birlikdə, diafraqma rezeksiyası və rekonstruksiyası da icra edilərək invaziv törəmə en bloc şəkildə çıxarılıb.

Əməliyyat Torakal Cərrahiyyə şöbəsinin müdiri uzman torakal cərrah Fəhmin Əmirov, uzman torakal cərrah Çinarə Kərimli və komandanın digər üzvləri ilə birlikdə icra olunub. 

Patologiya nəticəsində, çıxarılmış törəmənin ağciyərdə son dərəcə nadir rast gəlinən Solitar Fibroz Tümor  olduğu təsdiqlənib. Xəstə əməliyyatdan 8 gün sonra heç bir ağırlaşma olmadan evə buraxılıb. Altı aylıq kontrol müayinəsində onkoloji xəstəliyin lokal olaraq kontrol altında olduğu müəyyən edilib.

Qeyd edək ki, ətraf orqanlara invaziya etmiş belə nəhəng törəmələrdə onkolojik prinsiplərə uyğun icra olunan radikal və genişləndirilmiş rezeksiyalar seçilmiş xəstələrdə həyat xilasedicisi ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki