Ramazan ayında imsakın buraxılması gün ərzində enerji itkisi, halsızlıq və maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər. Mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış imsak menyusu həm toxluq müddətini uzadır, həm də susuzluq hissini minimuma endirir.
Referans Media xəbər verir ki, Türkiyə mediasına danışan qidalanma üzrə mütəxəssis Dilara Koçak Ramazan boyunca balanslı və adekvat qidalanmanın qorunmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, gündəlik yemək saatları dəyişsə də, qida keyfiyyətində güzəştə getmək düzgün deyil. Mütəxəssis qeyd edib ki, düzgün planlaşdırılmış qidalanma ilə Ramazan ayını həm fiziki, həm də zehni baxımdan daha rahat keçirmək mümkündür.sfera.az
