Türkiyənin Tekirdağ şəhərində baş verən hadisə təəccüb doğurub. Bir qadın iş yerində həyat yoldaşına silahla hücum etməyə cəhd edib.
Referans Media xəbər verir ki, hadisə zamanı qadının silahdan atəş açmağa çalışdığı, lakin silahda yaranan nasazlıq səbəbindən planının baş tutmadığı bildirilib. Baş verənlər iş yerinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Görüntülərdə qadının silahı həyat yoldaşına yönəltdiyi və atəş açmağa cəhd etdiyi görünür. Lakin silah işləmədiyi üçün hadisə daha ağır nəticə ilə yekunlaşmayıb.
Məlumat əsasında hadisə yerinə polis əməkdaşları cəlb olunub. Saxlanılan qadın polis bölməsinə aparılıb.
Daha sonra məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin detalları və motivi ilə bağlı araşdırma davam etdirilir.
