Instagram gizlilik funksiyasını dayandırdı

Instagram istifadəçilərinin şəxsi mesajları ilə bağlı mühüm dəyişiklik edib. Meta 8 may 2026-cı ildən etibarən platformada “uctan uca şifrələmə” (E2EE) funksiyasını qlobal şəkildə dayandırdığını açıqlayıb.

Bu dəyişiklikdən sonra istifadəçilərin mesajları əvvəlki qədər “ultra təhlükəsiz” olmayacaq. Yeni sistemdə Meta artıq birbaşa mesajlardakı mətn, foto, video və səsli qeydlərə çıxış əldə edə biləcək.

Şirkət qərarı funksiyadan az istifadə olunması ilə izah etsə də, kibertəhlükəsizlik mütəxəssisləri bunun arxasında reklam və süni intellekt modelləri üçün daha çox məlumat toplamaq məqsədinin dayana biləcəyini bildirirlər.

Qərar müxtəlif reaksiyalar doğurub. Uşaq təhlükəsizliyi ilə məşğul olan təşkilatlar bunu müsbət addım saysa da, məxfilik hüquqlarını müdafiə edən qurumlar qərarı “geri addım” adlandırıblar.

Hazırda WhatsApp, Signal və iMessage kimi platformalarda uctan uca şifrələmə funksiyası aktiv olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki