image-iran-uni-aa-2451635backend

İran: ABŞ-İsrail hücumlarında 125 min 630 mülki obyekt zərər gördü

İranın Qızıl Aypara Cəmiyyəti bildirib ki, ABŞ və İsrailin 28 fevralda başlayıb 8 apreldə başa çatan hücumları nəticəsində 125 min 630 mülki obyektə ziyan dəyib.

İranın rəsmi IRNA agentliyinin yaydığı məlumata görə, Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kulivənd hücumların mülki sahələrə vurduğu ziyanın miqyası barədə açıqlama verib.

Kulivənd qeyd edib ki, “Bu hücumlar zamanı ölkə üzrə 125 min 630 mülki obyekt zərər görüb. Zərər görən yerlərin 23 min 500-ü ticarət mərkəzləri və iş yerləridir.”

O əlavə edib ki, hücumlar zamanı səhiyyə obyektləri də hədəf alınıb. “Bu hücumlarda xəstəxanalar, apteklər, laboratoriyalar və təcili yardım xidmətləri daxil olmaqla ümumilikdə 339 səhiyyə müəssisəsi zərər görüb,” – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki