Hörmüz boğazından keçən gəmilər üçün rüsumların tətbiqindən bəri ilk ödəniş İran Mərkəzi Bankına daxil olub
Referans Media xəbər verir ki, bu barədə İran Parlamentinin sədr müavini Həmid Rza Hacı Babai bildirib.
“Hörmüz boğazından keçid üçün rüsumlardan əldə edilən ilk gəlirlər Mərkəzi Bankın hesabına köçürülüb”, – deyə o qeyd edib.
Hesabatda ödənişin məbləği və ya neçə gəminin ödəniş etdiyi göstərilmir./İqtisadiyyat.az























