İran hakimiyyəti Tehran və Vaşinqton arasında əlaqələrdə vasitəçi rolunu oynayan Pakistana yeni təklif təqdim edib.
Bu barədə “Əl Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.
“İranlı diplomatik mənbə bildirib ki, hökumət Pakistandakı vasitəçilərə yeni təklif təqdim edib”, – deyə telekanal vurğulayıb.
Təklifin məzmunu hələlik açıqlanmır.
Bu arada İranın yüksək vəzifəli din xadimləri Hörmüz boğazının müzakirə mövzusu olmadığını bildirərək ABŞ-la əməkdaşlıqdan çəkinməyə çağırıblar.
İran parlamenti sədrinin müavini Əli Nikzad isə vurğulayıb ki, Hörmüz İranın atom bombasıdır, 60 faiz zənginləşdirilmiş uran isə gücün simvoludur.
Onun sözlərinə görə, ali liderin göstərişi ilə boğaz heç vaxt müharibədən əvvəlki vəziyyətinə qaytarılmayacaq.//globalinfo.az






















