image-1777656497_photo_2026-05-01_19-04-46-768x403backend

İsrail bu ölkəni vurdu: Ölənlərin sayı 2600-ü keçdi

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Habuş şəhərinə silsilə aviastərbələr endirib. Hücumlar bölgədə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda baş verib.

 

Referans Media xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, martın 2-dən bəri davam edən intensiv döyüşlər və hava zərbələri nəticəsində mülki əhali arasında itkilər kəskin artıb.

 

Bu dövr ərzində həlak olanların sayı 2618 nəfərə çatıb, 8094 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Dağıntıların miqyası genişləndikcə qurbanların sayının daha da artacağı istisna edilmir./konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki