İranın “M/T Kylo” neft tankeri ABŞ-nin raket zərbələrindən sonra Oman körfəzində batıb.
Referans Media xəbər verir ki, bu barədə BBC ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.
Bildirilir ki, zərbələrdən sonra gəmidə yanğın baş verib, daha sonra tanker aşıb və suya qərq olub. CENTCOM-un məlumatına görə, hücumdan əvvəl heyətə gəmini tərk etmək barədə xəbərdarlıq edilib.
Buna cavab olaraq İran qüvvələri ABŞ ilə əlaqəli 6 ticarət gəmisinə, o cümlədən Hörmüz boğazı və Fars körfəzində olan 3 neft tankerinə zərbələr endirib.
Xatırladaq ki, sentyabrın 5-də ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 3 neft tankerini hədəf almışdı. CENTCOM bu əməliyyatın İranın ABŞ aviadaşıyıcısına və raket esminesinə atdığı ballistik raketlərə cavab olduğunu bildirib.
