Paşinyanın bu dildə danışması bizi təəccübləndirdi – Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT+) zirvə toplantısındakı çıxışında rus dilindən istifadə etməməsini şərh edib.

Referans Media  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Peskov Paşinyanın milli dildə çıxış etməsini Ermənistanın suverenliyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirib.

“Paşinyanın dil seçimi onun üçün gözlənilməz olub. Ermənistanın baş naziri MDB liderləri arasında çıxışını rus dilində etməyən yeganə şəxs olub.

Çıxışın tərcüməsini dinləmək üçün qulaqcıq axtarmalı olub. O, tərcümənin uğurlu alındığını qeyd edib.Əgər bu, dövlət başçısının seçimidir, ona hörmət edilməlidir”, – nəşr yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki