Rusiyanın Vladimir vilayətində elektrik qatarı ilə yük maşını toqquşub.
Referans Media xəbər verir ki, hadisə nəticəsində elektrik qatarının iki vaqonu relsdən çıxıb. İlkin məlumata görə, yük maşınının sürücüsü qəza zamanı həyatını itirib.
Moskva Dəmir Yolu İdarəsindən bildirilib ki, qəza ilə əlaqədar №6444 Aleksandrov-1 – Orexovo qatarının hərəkəti ləğv edilib.
Hadisə yerinə iki bərpa qatarı göndərilib.
Qəzanın digər təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir./Modern.az/
